Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev, Nizami Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə rayon məktəblilərinin əl işlərindən ibarət “Zəfər Günü”nə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Nizami Səfərov və Arzu Nağıyev çıxış edərək “8 noyabr-Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını və rayon sakinlərini təbrik edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını vurğulayıblar.
Şəhid Qasımov Hacıəli Tahir oğlunun anası Mələk Vəlixanova, şəhid Ələsgərov Emin Fəxrəddin oğlunun həyat yoldaşı Səmayə Həsənova, şəhid Qasımlı Nicat Elşən oğlunun atası Qasımov Elşən, şəhid Elmar Şirinovun anası Amana Nəsirova, 44 günlük Vətən müharibəsi əlili Hüseyn İsmayılov və Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edərək şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir geniş konsert proqramı ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.