AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dağın başında daxmada yaşayan bir kəndliyə zorla 100 Mb/s internet xidməti verib uğurdan yazırlar

  • + A
  • - A
  • 9-11-2024, 13:33

    Dağın başında daxmada yaşayan bir kəndliyə zorla 100 Mb/s internet xidməti verib uğurdan yazırlar

    Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz yazır:
    "Dağın başında daxmada yaşayan bir kəndliyə zorla 100 Mb/s internet xidməti verərək internet sürətilə bağlı hansısa beynəlxalq reytinqdə yüksəlməyimizi elan etmək İKTA-ya yaraşırmı?

    İKTA növbəti araşdırmasını, internetin sürətilə bağlı beynəlxalq müqayisəyə söykənən təhlilini təqdim edib. Elə bir ictimai əhəmiyyət kəsb edən mövzu olmasa da, görünür ki üzərində xeyli çalışıblar . Əziyyəti olanlara təşəkkür edirik.

    Bununla belə, sektorun tənzimləyici qurumunun diqqətinə bir daha çatdırmaq istərdik ki, indiki halda ictimai əhəmiyyət kəsb edən məsələ sürət deyil, sürətin seçimdir, daha doğrusu tələbata uyğun sürətlərin seçimidir. Hazırda ölkədə belə bir seçim məhdudlaşdırılıb. Provayderlər separat sövdələşmə edərək eyni anda minimal tarifləri qaldırıb və vətəndaşların seçim imkanı məhdudlaşıb.

    Doğurdanmı İKTA müşahidə edə bilmir ki, sosial mediadakı minlərlə insanın müzakirələri , İKTA-ya və Antiinhisara olan yüzlərlə müraciətlər sürətli internetə əlçatanlıqi yox, tələbata uyğun sürət seçə bilməməklə bağlıdır.

    Dağın başında olan tənha bir qocaya, heç bir imkanı olmyan, sahibkarlıqla məşğul olmayan və tələbatı olmayan kəndliyə zorla 100Mb/s xidmət verib , bununla da internet sürətilə bağlı hansısa beynəlxalq reytinqdə yüksəldiyimizi elan etməyi İKTA-ya və orada əyləşən dostlarımıza da yaraşdırmıram.

    İKTA fərqində olmalıdır ki, artıq ölkəmizdə sürətli internetə əlçatanlıq deyilən problem bitib.
    Bu mövzu artıq qapanıb. Sağ olsunlar, on illərlə həll olunmayan problemi RİNN həll edə bilib.Təkrar edirəm, nəhəng iş görülüb.
    Artıq kimə, harada böyük sürət lazımdır heç bir problem yoxdur. Provayderlər hətta 1 Gb/s verə bilərik deyə mesajlar verirlər.

    Belə bir anda İKTA kimi tənzimləyici bir qurumun internet sürətilə bağlı təhlil aparması qəribə görsənir və ağlabatan bir şey deyil.
    İKTA indiki anda ölkədə tələbata uyğun internet sürətlərinin mövcudluğu ilə bağlı, yəni vətəndaşlamızın özünə lazım olan sürətləri seçmək imkanının olması ilə bağlı, qonşu ölkələr və dünyada internet qiymətləri ilə bağlı müqayisəli təhlillər aparsa daha məntiqli, daha faydalı, daha ağlabatan olardı.

    Bir daha vurğulamaq istərdim ki, son zamanlar bir neçə faydalı addımları olan İKTA əməkdaşlarının əziyyəti hesabına başa gələn internet sürəti ilə bağlı təhlilini aşağılamaq məqsədimiz yoxdur, bu, doğru və ədalətli olmazdı.

    Amma İKTA fərqində olmalıdır ki, ilin-günün bu vaxtında vətəndaşlarımız regionlarda nə üçün internetdən imtina edirlər və yaxud nə üçün "şərikli internetə" üz tuturlar.
    İKTA fərqində olmalıdır ki internet ictimaiyyəti indiki anda nə tələb edir, internet istifadəçilərini nə maraqlandırır.

    Ümid edək növbəti addımlarda daha çox ictimai əhəmiyyət kəsb edən məsələlərə diqqət yetiriləcək".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR