İsrail prokurorları İsrail baş nazirinin dəftərxanasına qarşı istintaqa başlayıb.
AzadMedia.az xəbər verir ki, baş nazirlik ofisindən olan şəxslərin baş nazir Binyamin Netanyahu başda olmaqla bir çox yüksək səviyyəli hökumət rəsmilərinin açıqlamalarını dəyişdirdiyi bildirilib.
Bundan əlavə, yalnız İsrail ordusuna və İsrail kəşfiyyatına məxsus məxfi sənədlər mətbuata sızdırılıb, məmurlar “həssas görüntülərlə” şantaj edilib.
İddialara görə, Netanyahunun köməkçiləri kabinet iclaslarında müzakirə olunan mövzuları və deyilənlərin qeydlərini sonradan dəyişib.
Xüsusilə HƏMAS və təşkilata qarşı əməliyyatlarla bağlı mövzu başlıqları dəyişdirilib. Hökumət iclaslarının qeydlərinin dəyişdirilməsi İsrail qanunlarına görə cinayət sayılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.