AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsədovla Mişustin perspektivləri müzakirə etdi - Foto

  • + A
  • - A
  • 13-11-2024, 18:07

    Əsədovla Mişustin perspektivləri müzakirə etdi - Foto

     
    Noyabrın 13-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb, 

    Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd edilib, konfransın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

    Tərəflər iki ölkə prezidentlərinin birgə səyləri və sıx təmasları sayəsində Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafının yüksək dinamikasının qorunub saxlanıldığını qeyd ediblər. Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqustunda Azərbaycan dövlət səfərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında və BRICS Sammitində iştirakı çərçivəsində oktyabrda Moskva və Kazanda ali səviyyədə dialoqun davam etdirilməsinin ikitərəfli münasibətlərə yaxşı təkan verdiyini vurğulayıblar.

    Qeyd edilib ki, belə sıx təmaslar prezidentlərə öz tapşırıqlarının icrasını nəzarətdə saxlamağa, həmçinin əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməyə imkan verir. Bu baxımdan dövlət başçılarının tapşırıqlarının icrası üzrə hökumət xətti ilə sıx işin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafından məmnunluqlarını bildiriblər. Cari ildə 9 ay ərzində 3,5 milyard dollar təşkil edən ticarət dövriyyəsinin artım dinamikasını nəzərə alaraq, ilin yekunlarına görə qarşılıqlı ticarətin yeni rekord həcmi proqnozlaşdırılıb.

    Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. İkitərəfli yük daşımalarının sabit artımı qeyd edilib. Tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırıb, dəhlizin infrastrukturunun inkişafı üzrə səylərin artırılmasını alqışlayıblar. Hökumət başçıları ikitərəfli layihələrin geniş siyahısını əhatə edən sənaye əməkdaşlığının səviyyəsini yüksək qiymətləndiriblər. Tərəflərin bir sıra yeni qarşılıqlı faydalı təşəbbüsləri nəzərdən keçirdiyi vurğulanıb. Aqrar-sənaye kompleksində əməkdaşlığın inkişaf tempindən məmnunluq ifadə olunub. Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin Rusiyaya tədarükünün davamlı artımı qeyd edilib. Həmçinin Rusiyanın Azərbaycanın buğda və gübrə tədarükü üzrə etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

    Hökumət başçıları Azərbaycan və Rusiyanın iqlim gündəliyinə, xüsusilə Xəzər dənizinin dayazlaşması probleminə prioritet diqqət yetirdiyini alqışlayıblar. Prezidentlərin tapşırığı ilə ikitərəfli işçi qrupu yaradılıb və qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri araşdırmaq və sonrakı dayazlaşmaya şərait yaradan amillərin yumşaldılması üzrə tədbirlər hazırlamaq vəzifəsi qoyulub. Tərəflər humanitar qarşılıqlı fəaliyyətin və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluqlarını bildiriblər, mədəni, elmi, gənclər mübadiləsinin, həmçinin qarşılıqlı turist axınının artmasını alqışlayıblar.

    Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə konstruktiv işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR