AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Boliviyalı siyasətçi: “İqlim maliyyələşməsi üçün 1,3 trilyon dollar tələb edilir”

  • + A
  • - A
  • 14-11-2024, 13:06

    Boliviyalı siyasətçi: “İqlim maliyyələşməsi üçün 1,3 trilyon dollar tələb edilir”

    "COP29-dan vacib bir gözləntimiz var. Çünki inkişaf etməkdə olan ölkələrin iqlim fəaliyyəti sahəsində hədəflərini artırmaları üçün, inkişaf etmiş ölkələrdən maliyyə dəstəyinin təmin olunmasına həqiqətən ehtiyac var. Bu, uzun illərdir yerinə yetirilməyən böyük bir öhdəlikdir”.

    Bu sözləri Bizim.Media-ya açıqlamasında boliviyalı siyasətçi Diego Pacheco Balanza deyib.

    O, konfrans zamanı iqlim dəyişmələrindən əziyyət çəkən inkişafda olan ölkələrin problemlərinin həlli üçün mühüm qərarların qəbul olunmasını dəstəkləyir:

    "Biz gözləyirik ki, COP29-da inkişaf etməkdə olan ölkələrin növbəti indeks dövrünü hazırlamaları üçün yaxşı hazırlıq görmələri məqsədilə yeni kollektiv maliyyə məbləğinin qəbul edilməsini gözləyirik. Bununla iqlim böhranının həlli üçün bərabərlik və ortaq, lakin fərqləndirilmiş öhdəliklər prinsipinə uyğun töhfə verə bilək.

    İnkişaf etməkdə olan ölkələr, ehtiyaclara cavab vermək üçün ildə 1,3 trilyon dollar tələb edirlər. Və həmçinin, yeni kollektiv maliyyə məbləği, əsasən dövlət maliyyəsi üzərində qurulmalıdır. Dünyada pul var, pulun olmadığı doğru deyil. Pul hazırda müharibələrə xərclənir. Beləliklə, gözləyirik ki, bu COP inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının ödəniləcəyi bir səhnə olacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR