Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 62,69 Mbit/s-ə çatmışdır. Bu, illik sürətin 90% artımı deməkdir. Bu nailiyyət, Azərbaycanın beynəlxalq reytinqdə 1 pillə irəliləyərək 92-ci yerdə qərarlaşmasına səbəb olmuşdur.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbsov məlumat verib.
Onun sözlərinə görə, ötən ilin noyabr ayında bu göstərici 33.03 Mbit/s idi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internetə çıxış imkanı əldə edən ev təsərrüfatı və biznes subyektlərinin sayı artaraq 99,4%-ə yüksəlmişdir.
Azərbaycanda internet infrastrukturunun yaxşılaşması və genişzolaqlı şəbəkənin keyfiyyətinin artması, ölkənin informasiya texnologiyaları sahəsində sürətli inkişafına böyük töhfələr verərək nailiyyətlər əldə etməsinə imkan yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.