AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRİA oyun sənayesinin aparıcı şirkəti “Xsolla” ilə tərəfdaşlığa başlayıb

  • + A
  • - A
  • Bu gün, 16:06

    [center]İRİA oyun sənayesinin aparıcı şirkəti “Xsolla” ilə tərəfdaşlığa başlayıb[/center]

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 17 dekabr 2024-cü il tarixində oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “Xsolla” şirkəti ilə tərəfdaşlıq üzrə müqavilə imzalayıb. Bu tərəfdaşlıq Azərbaycanın oyun studiyaları üçün təlim, texnologiya, maliyyə resursları və qlobal bazara çıxış imkanları yaradır. Qlobal oyun sənayesində bütün ödəniş əməliyyatlarının 72%-ni əhatə edən bu şirkət Azərbaycanın oyun sektoruna investisiya yatırdığını da elan edib.
    Şirkətlə əməkdaşlığın perspektivlərinə toxunan İRİA-nın sədri İnarə Vəliyeva Azərbaycanda son illərdə oyun sənayesinin inkişafında yüksələn dinamikanın müşahidə edildiyini bildirib: “Əminliklə deyə bilərik ki, ölkədə oyun sənayesi yüksəlişdədir. Bizim də məqsədimiz qlobal oyunçuları Azərbaycana gətirməklə bu inkişafa təkan verməkdir. ‘Xsolla’ ilə əməkdaşlıq həm innovasiyaların tətbiqini sürətləndirəcək, insan kapitalının inkişafına töhfə verəcək, eyni zamanda, tədris akademiyasının təsis edilməsi ilə infrastruktur layihəsi də reallaşdırılacaq.”
    İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina şirkətlə tərəfdaşlığın yerli oyun sənayesinin inkişafı kontekstində əhəmiyyətini vurğulayıb: “Bu əməkdaşlıq bir sıra ortaq layihələrin reallaşdırılmasına geniş imkanlar yaratmaqla ölkədə oyun sektorunun inkişafına təkan verəcək. Oyun studiyalarımız qlobal bazarda tanınmaq üçün təhsil, texnologiya və maliyyə resurslarına çıxış imkanı əldə edəcəklər."
    “Xsolla” ilə əməkdaşlıq perspektivləri daha öncə “Gamesummit Winter Edition 2024” çərçivəsində keçirilən mətbuat konfransında da açıqlanıb. Konfransda, həmçinin Azərbaycanda oyun tərtibatçılığı sahəsində təlimlər keçirəcək “Xsolla StarNest Academy”nin təsis edilməsinin planlaşdırıldığı haqqında məlumat verilib. Sözügedən akademiya “Xsolla” və Azərbaycan şirkəti “StarNest”in tərəfdaşlığı çərçivəsində yaradılacaq və İRİA bu akademiyanın strateji inkişafını dəstəkləyəcək. Bundan əlavə, 2025-ci ildə yerli oyun studiyaları üçün inkubasiya proqramının başladılması da nəzərdə tutulub. Belə ki, proqrama seçilən oyun studiyaları beynəlxalq ekspertlərdən dəstək alacaq, oyunlarını geniş ictimaiyyətə təqdim edəcək və biznesin inkişafı üçün maliyyə dəstəyi imkanı əldə edə biləcəklər.
    İRİA, həmçinin “Gamesummit” qurumu ilə müqavilə imzalayıb. Agentlik və “Gamesummit” arasında əməkdaşlıq çərçivəsində oyun texnologiyaları haqqında ictimaiyyəti maarifləndirmək və gəncləri innovasiya sektoruna cəlb etmək məqsədilə 10 tədbirin keçirilməsi planlaşdırılır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR