AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəza yerindən daha bir qara qutu tapıldı

  • + A
  • - A
  • Dünən, 20:00

    Qəza yerindən daha bir qara qutu tapıldı


    Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən daha bir qara qutu tapıb.

    Bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

    “Hadisə yerinə baxış zamanı 2 ədəd registrator aşkar edilib və onlar Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Sonradan onlara tam şəkildə baxılacaq”, - Ordabayev bildirib.

    O, təyyarənin qəzaya uğradığı yerdə aparılan işlərdən də danışıb:

    “Biz zərərçəkənləri və yerüstü xidmət işçilərini dindirdik. Bütün şahidləri də müəyyən edirik. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı tapılıb. Ərazi polis qüvvələri tərəfindən qorunur”.

    Xatırladaq ki, ötən gün Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov AZAL-a məxsus təyyarənin qara qutusunun tapıldığını açıqlamışdı:

    “Qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib”, - Suleymenov brifinqdə demişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR