Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.
Kabinetlərin açılışında TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov iştirak edib.
Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib.
Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.