Qazaxıstanın Akmola vilayətində Astana-Şuçinsk magistral yolunda zəncirvari qəza baş verib.
Qəza zamanı 40-dan çox avtomobil toqquşub.
Hadisənin yolun buz tutması və güclü qar fırtınası səbəbindən baş verdiyi bildirilir.
Hazırda yol bağlıdır və nəqliyyatın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
Həmçinin, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar daha iki respublika əhəmiyyətli magistral yol bağlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.