23 dekabr 2024-cü il tarixində, Sinqapur Managment Universitetində reallaşan “Global Research” layihəsinin Sinqapur konfransında Azərbaycan, Böyük Britaniya, Çin, Sinqapur, Hindistan, BƏƏ, Livan, Gürcüstan, Misir, Malayziya, İndoneziya, Pakistan və digər ölkələrin nümayəndələri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən tədqiqatçılar, pedaqoqlar, sənaye ekspertləri və sahibkarlar “Daha yaxşı gələcək” üçün bir araya toplandı. Tədbir qlobal tədqiqat və innovasiya sahəsində əməkdaşlıq üçün platforma rolunu icra etdi.
Konfransda qlobal tədqiqatda yaranan tendensiyalara və problemlərə işıq salan natiqlərin əsas çıxışları, davamlılıq, texnoloji irəliləyişlər və qlobal tərəfdaşlıq kimi mövzuları əhatə edən panel müzakirələri, tədqiqatçıların impakt faktorlu nüfuzlu jurnallarda nəşri nəzərdə tutulan yeni işlərinin beynəlxalq auditoriyaya təqdim etmək imkanı müşahidə olundu.
Tədqiqat, innovasiyaya və dayanıqlığa töhfələrinə görə bir qrup tədqiqatçı-pedaqoq mükafatlandırıldı.
Tədbirdə qlobal çağırışların həllində və davamlı tərəqqiyə təkan verməkdə əməkdaşlığın əvəzsiz rolu vurğulandı.
“Global Research” layihəsi qlobal tədqiqatda əməkdaşlığın və innovasiyaların təşviqinə yönəlmiş ilk təşəbbüsdür. Layihənin müxtəlif ölkələrdə təşkil olunan konfransları fərqli sahələrdən olan fikir liderlərini bir araya gətirməklə, kritik qlobal problemlərin həlli, tədqiqat və innovasiyalar vasitəsilə irəliləyişə nail olmaq üçün platforma rolunu oynayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.