AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mətbuat xidməti jurnalistlərin yaralı yerlərindən biridir

  • + A
  • - A
  • 5-01-2025, 22:39

    Mətbuat xidməti jurnalistlərin yaralı yerlərindən biridir

    Elnurə Abuşova

    Mətbuat xidməti jurnalistlərin yaralı yerlərindən biridir. Bəzən mətbuat xidməti rəhbəri mediadan gəldiyini unudur, öz həmkarlarına qarşı sayğısızlıq göstərir, unudurlar ki, onlar o vəzifəyə jurnalistin suallarına cavab vermək üçün təyin edilib. Məmurlaşan mətbuat xidməti rəhbərləri də az deyil təəssüf ki.
    Mətbuat xidmətləri ilə jurnalistlərin əməkdaşlığı hər zaman gündımdədir. Onlar arasında əlaqələri gücləndirmək və medianın funksionallığını artırmaq üçün bir sıra tədbirlər həyata keçirmək olar.
    Həm mətbuat xidmətləri, həm də jurnalistlər üçün peşəkar etik kodeks və qarşılıqlı əməkdaşlıq haqqında təlimlər təşkil edilməlidir. Bu, tərəflərin gözləntilərini və iş prinsipini anlamağa kömək edər.
    Təklif edirəm ki, qurumlar məlumatların vaxtında və tam şəkildə çatdırılması üçün effektiv platformalar yaratsınlar.
    Rəqəmsal platformalarla iş güclənməlidir. Jurnalistlər üçün xüsusi elektron müraciət platformaları yaradılmalı, bu platformalar vasitəsilə sorğuların vaxtında cavablandırılmasını izləmək mümkün olmalıdır.
    Sadə sorğuların avtomatik cavablandırılması həyata keçirilməli və təcili mövzular üzrə xəbərlər gecikməməlidir
    Sorğuların cavablandırılması üçün müəyyən müddət qoyulmalı və bu standartlara əməl etməyənlər hesabat, hətta istefa verməlidir.
    Media qurumları, jurnalist təşkilatları və qeyri-hökumət təşkilatlarına mətbuat xidmətlərinin fəaliyyətini monitorinq etməyə şərait yaradılmalıdır.
    Mətbuat xidmətləri və jurnalistlər arasında dövrü olaraq dialoqlar təşkil edilməlidir.
    Son vaxtlar qurumların öz sahələri haqqında maarifləndirici tədbirlər keçirməsi təqdirəlayiqdir. Jurnalistlər daha dəqiq və operativ məqalələr hazırlaya bilirlər.
    Bəzən eksklüziv məlumat hüququmuz pozulur. Ənənəvi media qurumları üçün eksklüziv məlumatların paylaşılması əvəzinə məlumat media qrupuna göndərilir, yaxud dövlətdən dəstək alan media nümayəndələrinə, öz tanışlarına göndərirlər.
    Son vaxtlar həmrəylik hiss edilmir. Jurnalistlər sosial medianın rəqabəti ilə mübarizə aparmaq üçün birlikdə hərəkət etməli, öz aralarında əməkdaşlığı artırmalıdır.
    2024-cü ildə ən çox müraciət etdiyim mətbuat xidməti rəhbərləri ƏƏSMN-dən Fazil Talıbov və komandası, BŞTİ-dən Bəşarət Məmmədov və komandası, TƏBİB-in mətbuatla səlahiyyətli şəxsləri, ETSN-dən İradə İbrahimova, işlərimizi ASANlaşdıran Elnur Niftəliyev, ASCO-dan Mehman Mehdiyev və komandası, Elm və Təhsil Nazirliyinin media ilə əlaqə quran əməkdaşları, İqtisadiyyat Nazirliyindən Leyla Zamanova və komandası, Vergilər Nazirliyindən Şahin Məmmədov, Dövlət Turizm Agentliyindən Gülnar Mustafayeva və komandası, Azəriqaz İB-dan Eldəniz Vəliyev, Azərişıq ASC-dən Pərvanə Kazımzadə, MEDİA-dan İlkin Nadirov, AQTA-dan İlkin Kərimov və Rəşad Mehdizadə, Kapitalbank-dan Arzu Əliyeva olub və hər birinin operativliyi təqdirəlayiqdir. Azərlotereyadan tənqidi yazılarım olsa da, Fidan xanım xəbərlərimi heç vaxt gecikdirməyib. QHT Agentliyindən Ülviyyə xanımın da cavabı çox gecikmir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Gülnar xanım da hər dəfə əhatəli cavablar yazır. AQUPDK-dan Teymur Merdanoglu sosial şəbəkə üzərindən problemlərə münasibət bildirir. Güc nazirliklərindən media ilə mükəmməl işləyən qurum DİN-in Mətbuat xidməti komandasıdır. Sözün həqiqi mənasında rəqib tanımırlar.
    Veysəloğlu MMC-nin də media komandasında canlanma hiss olunur son zamanlar. Davamlı olsun!
    Adlarını unutduğum qurumlar, üzürlü hesab etsinlər və əmin olsunlar ki, şikayətim yoxdu.
    Narazı olduğum qurumlar özlərinə "kruq" yaradanlardı. ADY, Baş prokurorluq və digərləri. İnanıram ki, gələcəkdə onlar da vəzifələrinin öhdəsindən layiqincə gələcək. AYNA adlı qurumun nə varlığını hiss edirəm, nə yoxluğunu. AYNA adı gələndə yalnız tıxacların səbəbkarı gəlir göz önünə, bir də sürücülərə şərait yaratmaqdansa gücü cərimə yazmağa çatanlar. Ona görə də mətbuatında heç kimlə əlaqəm yoxdu, heç onlar da media üçün olan qruplarında məni görməkdə maraqlı olmayıblar, görünən.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR