AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ç.Qənizadə: “Ermənistanın sürətlə silahlanması sülhün əksinədir”

  • + A
  • - A
  • Dünən, 13:25

    Ç.Qənizadə: “Ermənistanın sürətlə silahlanması sülhün əksinədir”

    “Ermənistan Cənubi Qafqaz regionunda sülhə xidmət etmir. Rəsmi İrəvanın sürətlə silahlanması buna əyani sübutdur”. Bu fikirləri AzadMedia.az-a açıqlamasında Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ermənistanın silahlanması məsələsi barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, regionda qarışıqlıq yaratmaq istəyən qüvvələr kifayət qədər çoxdur:
    “Bu gün sülh müqaviləsinin imzalanmaması təkcə Ermənistanla bağlı deyil, ona havadarlıq edən dövlətlər, beynəlxalq təşkilatlar, bəzi dövlətlərin parlamentləridir. Onlar bölgədə sabitliyin pozulmasında, gərginliyin artmasında maraqlıdırlar. Təəssüf ki, bu dövlətlərin önündə Fransa dayanır. Həm diplomatik, həm iqtisadi, həm də silahlandırma baxımından Ermənistanın yanındadır. BMT-nin TŞ-nın üzvüdür. Sülhə xidmət edən bir dövlət əksinə hərəkət edir, haqqın yanında ola bilmir. Beynəlxalq hüququ sağa-sola çevirməklə, öz maraqlarını güdür. Bu baxımdan da Fransa heç vaxt ATƏT-in Minsk qrupunun buraxılmasını, sülh müqaviləsinin imzalanmasını istəməz. Ona görə də Ermənistana təzyiq göstərəcəyi istisna deyil. Bu məsələlərdə çalışacaq ki, prosesləri ləngitsin. Bu gün Azərbaycana vasitəçi lazım deyil. Çünki Azərbaycan və Ermənistan hökumətləri arasında aktiv münasibətlər var. Delimitasiya prosesinin formalaşmasında və digər məsələlərdə biz bunları müşahidə edirik”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR