AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“BİTKİ MÜHAFİZƏSİ: MÜASİR ÇAĞIRIŞLAR, PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI” RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLƏCƏKDİR

  • + A
  • - A
  • 10-06-2025, 09:04

    “BİTKİ MÜHAFİZƏSİ: MÜASİR ÇAĞIRIŞLAR, PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI” RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLƏCƏKDİR

    11-12 iyun 2025-ci il tarixlərində Gəncə şəhərində Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Bitki Mühafizəsi: müasir çağırışlar, problemlər və həlli yolları” mövzusunda Respublika Elmi konfransı keçiriləcəkdir.

    Konfransda bitki mühafizəsi sahəsindəki aktual problemlər, müasir texnologiyalar, pestisidlərin düzgün tətbiqi, bioloji mübarizə üsulları və davamlı kənd təsərrüfatı praktikaları müzakirə ediləcəkdir.

    Konfransın əsas istiqamətləri:

    Kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin idarə edilməsi
    Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri, onların idarə edilməsi
    Alaq otları, onlarla mübarizənin əsas prinsipləri
    Bitki immuniteti və davamlılıq
    Xəstəlik və zərərvericilərin inkişaf proqnozu bitki mühafizəsində əsas amillərdir.
    Orqanik əkinçilik müasir dövrün çağırışıdır.
    Zərərverən orqanizmlərə qarşı müxtəlif mübarizə üsullarının tətbiqi
    Ətraf mühit və bitki mühafizəsi
    Ekoloji təmiz məhsul, müasir dövrün çağırışıdır.
    İntroduksiya olunmuş pambıq sortlarının adaptasiya qabiliyyəti və yerli pambıq sortlarının toxumçuluğunun bərpası
    Texniki bitkilərin becərmə texnologiyasının iqlim amillərindən asılılığı və məhsuldarlığa təsiri
    Zərərli orqanizmlərin molekulyar biologiya səviyyəsində tədqiqi
    Konfransın keçiriləcəyi ünvan: AZ 2002, Gəncə ş., Əziz Əliyev pr 91. Bitki Mühafizə və Texniki Bitkilər Elmi -Tədqiqat İnstitutu

    Telefon: (+99422 268 47 94)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR