AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” layihəsi çərçivəsində üçüncü tədbir keçrildi - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 16:30

    “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” layihəsi çərçivəsində üçüncü tədbir keçrildi - FOTOLAR


    6 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” adlı qrant layihəsinin növbəti – üçüncü tədbiri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace”da baş tutdu.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

    Tədbiri giriş sözü ilə açan “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri və layihənin rəhbəri Səidə Musayeva cəmiyyətdə, xüsusilə qadınlara və uşaqlara qarşı baş verən məişət zorakılığı hallarının yaratdığı fəsadlardan bəhs edərək, bu problemin sosial təhlükəsizlik və sağlam inkişaf üçün ciddi təhdid olduğunu vurğuladı. O bildirdi ki, layihə çərçivəsində ümumilikdə beş tədbirin keçirilməsi nəzərdə tutulur. Növbəti tədbirin Xırdalan şəhərində, yekun – beşinci tədbirin isə Bakı şəhərinin Xəzər rayonunda keçirilməsi planlaşdırılır.

    Birliyin sədr müavini və tədbirin aparıcısı Cəmalə Naxçıvani çıxışında bu məsələnin ölkəmizdə dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanıldığını, dövlətin humanist siyasətinin bu sahədəki əksini vətəndaş cəmiyyətinin fəaliyyətində də tapdığını vurğuladı. O, layihə çərçivəsində hazırlanmış təqdimatla iştirakçıları tanış etdi.

    Tədbirdə layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev məişət zorakılığı ilə mübarizənin hüquqi mexanizmləri, psixoloji dəstək xidmətləri və həm yerli, həm də beynəlxalq uğurlu təcrübələr barədə ətraflı məlumat verdi. Xüsusilə qadınların cəmiyyət həyatında fəal iştirakı, onların iqtisadi və sosial baxımdan gücləndirilməsi məsələlərinə toxunan ekspert iştirakçıların çoxsaylı suallarını da cavablandırdı.

    Tədbirin sonunda çıxış edən layihə rəhbəri Səidə Musayeva bir daha vurğuladı ki, məişət zorakılığı yalnız Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün aktual və ciddi bir problemdir. Bu problemin daim gündəmdə saxlanılması, geniş ictimaiyyətin maarifləndirilməsi, zorakılığın qarşısının alınmasına yönəlmiş uğurlu modellərin tanıdılması layihənin əsas məqsədidir. O qeyd etdi ki, Birliyin bu layihəni həyata keçirməsində əsas hədəflərindən biri qadınların və uşaqların müdafiəsi, inkişafı, eləcə də innovativ yanaşmaların təşviqidir.

    Səidə Musayeva çıxışında Agentliyin bu istiqamətdə elan etdiyi qrant müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirib, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsünü dəstəkləyərək layihəni qaliblər sırasına daxil etdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə, icraçı direktor Aygün xanım Əliyevaya və Katibliyin əməkdaşlarına təşəkkürünü bildirdi.

    Tədbir çərçivəsində Birlik üzvlərinin övladlarının əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirildi, çay fasiləsi təşkil olundu.

    Fotolar









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR