Lənkəranda “Zərərli ideologiyalar: Yayılma yolları və müdafiə strategiyaları” mövzusunda maarifləndirici təlim baş tutub.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tarix sahəsində Maarifləndirməyə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tarix ideoloji cəbhədə” layihəsi çərçivəsində Lənkəran Gənclər Evində növbəti təlim təşkil olunub.
Təlim “Zərərli ideologiyalar: Yayılma yolları və müdafiə strategiyaları” mövzusunda keçirilib. Tədbiri layihə rəhbəri Kənan Məmmədov aparıb.
Təlimdə iştirakçılara müasir dövrdə gənclərə təsir göstərən zərərli ideoloji axınların xüsusiyyətləri, onların yayılma üsulları, həmçinin bu təsirlərə qarşı fərdi və ictimai müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib. Gənclərin informasiya təhlükəsizliyi və milli-mənəvi dəyərlərin qorunması mövzusunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Layihənin məqsədi gənclərdə ideoloji təxribatlara qarşı düzgün mövqe formalaşdırmaq, onların maariflənməsinə dəstək olmaq və sağlam düşüncəli, milli kimliyinə bağlı gənc nəsil yetişməsinə töhfə verməkdir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.