AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-nin “Milli İrs və Hibrid Təsir” layihəsi başa çatdı - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 19:27

    QHT-nin “Milli İrs və Hibrid Təsir” layihəsi başa çatdı - FOTOLAR


    “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli İrs və Hibrid Təsir” adlı layihəni uğurla həyata keçirmişdir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 4 tədbir təşkil olunmuşdur ki, bunlardan ikisi Bakı şəhərində, biri Tərtər şəhərində, sonuncusu isə Ağdam rayonunda yekun vurulmuşdur.

    Tədbirlərdə milli-mənəvi irsin qorunması, hibrid təsirlərə qarşı gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə geniş müzakirələr aparılmış, iştirakçılara mövzu üzrə zəruri bilik və bacarıqlar aşılanmışdır.

    Layihənin həyata keçirildiyi regionlarda tanınmış dövlət və ictimai xadimlər də qonaq qismində iştirak edərək gənclərə öz dəyərli töhfələrini vermişlər. Qonaqlar sırasında:
    • Milli Məclisin deputatları – Ceyhun Məmmədov və Naqif Həmzəyev
    • İcra hakimiyyəti nümayəndələri – Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov
    • İctimai təşkilat rəhbərləri – Ağdam YAP Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov

    * Karyera Mütəxəssisi - Orxan Mahmudov

    * ⁠Təlimçi - Sonaxanım Vəlixanova

    * ⁠Psixoloq - Səbinə Bayramova

    Bu tədbirlər iştirakçıların mövzu üzrə maariflənməsinə, milli dəyərlərin təbliği ilə yanaşı, hibrid təsirlərə qarşı immunitetin formalaşmasına və region gənclərinin ictimai fəallığının artmasına mühüm töhfə vermişdir.

    Fotolar













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR