"Əsgər Ailəsi Cəmiyəti"Vətənpərvərliyin Təbliği İctimai Birliyi, Abşeron Qaziləri Amputat Milli Futbol komandasında görüş keçirdi.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, görüş şəhidlərimizin anım xatirəsi ilə açıldı. Komandanın rəhbəri,Qarabağ qaziləri Elnur Sadıqov və Fərda Eyyubov çıxış edərək qazilərdən ibarət bu komandanın fəailiyətindən və uğurlarından danışdılar.
Ehtiyatda olan zabit Qarabağ qazisi Fərda Eyyubov da qazilərimizdən ibarət yaradılmış futbol komandasının qazilərimizin həyatına müsbət təsiri olduğunu qeyd edərək əlavə etdi ki,qazilərimiz çox emosional və həssas olduqları üçün hər şeyi içlərinə salır stres keçirirlər,ama bu oyun zamanı qazilərimiz həm məşq,həmdə yarış zamanı bu stresləri ataraq rahatlaşırlar.
Tədbir təşkilatçısı,Qarabağ müharibə veteranı Roza Əliqızı da çıxışında bu fəailiyyətin uğurlu və ürəkaçan olduğunu dilə gətirdi və bir çox sahələrdə qazilərimizin asudə vaxtlarını belə səmərəli işlərlə davam etməsini arzuladı.
Roza Əliqızı və komanda rəhbəri Elnur Sadıqov son vaxtlar bəzi üzdəniraqların nəlayiq hərəkətləri üzündən qazilərimizi gözdən salmağa çalışanlar olsada,əsl vətənin azadlığı uğrunda canından keçən,bu yolda ayaqlarını,qollarını,gözlərini ümumiyyətlə sağlamlığını itirən qazilərimiz var ki xalqımız onlarla qürur duyurlar.
Komandanın hər bir üzvü Qarabağda zəfərimuz uğrundan sağlamlıqlarını itirən Qarabağ əlilləridir ki,onların arasında həm 92 -ci ilin,həm də 44 günlük müharibənin qəhrəmanlarıdır.
İndiyədək ərazi bütövlüyümüz uğrunda mübarizə aparıb zəfər yaşadan qazilərimiz,bundan sonra isə Azərbaycan futbolu uğrunda,Azərbaycan bayrağını yüksəltmək uğrunda mübarizə aparacaqlar. Komanda hazırda Zəfərin 5 illik yubileyi münasibəti ilə Türkiyədə Ankara şəhərində keçiriləcək yarışa hazırlaşırlar.
Bir sözlə qazilərimizin alın yazısıdır zəfər qazanıb Azərbaycan bayrağını yüksəltmək,tək bir istəkləri var onlara bu yolda sahib çıxıb maddi və maaliyə dəstəyi vermək.
Çıxışın sonunda qazi komanda rəhbəri Elnur Sadıqov bu görüş üçün Roza Əluqızına hər zaman qazilərin yanında olub,onlara dəstək verdiyi üçün minnətdarlığını bildirmişdir. Futbolçu qazilər arasında bu görüş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Konsitutsiya və suverenlik " ili eyni zamanda Tarixi zəfərin 5 illik yubiley layihəsi əsasında keçirildi.
Fotolar
Fotolar