Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsində “Təbiətdən gələn şəfa” layihəsi ilə qalib olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən layihənin davamı olaraq ölkəmizin təbiətdən gələn şəfalı nemətlərinin təbliği istiqamətində növbəti tədbiri “Cığır” MDİD İB-nin nəzdində fəaliyyət göstərən “Fidan” qızlar yurdunda keçirildi.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin rəhbəri Nərminə Qəribova layihənin əsas məqsədinin təbiətdə olan şəfalı nemətləri, ölkəmizin təbii şəfalı sərvətləri, müalicəvi bitkiləri, naftalan nefti, duz dagı, müalicəvi termal suları, bu nemətlərdən düzgün istifadə qaydaları, saglam ve tebii qidalanma, eyni zamanda təbiətlə harmoniyanin psixoloji təsiri, düzgün düşüncəni təbliğ etmək olduğunu bildirdi.
Layihənin eksperti-təlimçi Günel Hacızadə təbiətdən gələn şəfalı bitkilər, onlardan düzgün istifadə qaydaları, təbiətlə sıx təmasda olmağın sağlamlığa təsiri, sağlam və təbii qidalanma və qadın sağlamlığı haqqında əhatəli şəkildə məlumat verdi.
Tədbirə ev sahibliyi edən "Cığır" MDİD İB-nin sədri Yeganə Mirzəyeva tebietden gələn şəfalı nemətlərin bu cür təbliğinin gələcək nəsillərin sağlamlığı üçün çox vacib olduğunu bildirdi. Layihənin yekununda Nərminə Qəribova ölkəmizin təbiəti, təbiətlə münasibətdə öhtəliklərimiz, müalicəvi naftalan və bu kimi sağlamlıq turizmi və eko turizm imkanlarımız haqqında danışdı. Layihənin icrasına göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.