AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan bu il şəkər və şəkərdən qənnadı məmulatları ixracını 1,8 dəfə artırıb

  • + A
  • - A
  • Dünən, 17:00

    Azərbaycan bu il şəkər və şəkərdən qənnadı məmulatları ixracını 1,8 dəfə artırıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 31 milyon 721,15 min ABŞ dolları dəyərində 43 min 958,67 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib.

    2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,7 dəfə, həcmi isə 1,8 dəfə artıb.

    Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında şəkər və şəkərdən qənnadı məmulatlarının payı 1,7 % təşkil edir.

    İyulda isə ölkədən 3 milyon 196,23 min ABŞ dolları məbləğində 4 min 138,61 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib ki, bu da ötən ilin eyni ayına nisbətən müvafiq olaraq 57,8 % və 68,5 % çoxdur.

    Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR