Azərbaycan dövləti ilə Ermənistan arasında imzalanan kapitulyasiya aktı
Bakı, 24 avqust — Azadmedia.az
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Uzun illər işğal altında qalmış torpaqlarımız Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi və dövlət rəhbərliyinin qətiyyəti nəticəsində azad edildi. 44 gün davam edən müharibə Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Bu hadisə Azərbaycan xalqının tarixi qələbəsi və milli qürur mənbəyinə çevrildi.Müharibənin başlanması və səbəbləri Ermənistan uzun illər beynəlxalq hüququ pozaraq Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlamış, etnik təmizləmə siyasəti aparmışdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan bu torpaqlardan çıxmaqdan imtina edirdi. Azərbaycan dövlətinin sülh çağırışlarına məhəl qoymayan Ermənistan 2020-ci ilin sentyabrında yeni hərbi təxribat törətdi. Bu, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamağına səbəb oldu.Azərbaycan Ordusunun gücü və qələbə strategiyası Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirdi. Ordumuz müasir silahlarla təmin olunmuşdu və döyüş əməliyyatları zamanı yeni hərbi taktikalardan istifadə edildi. Ən mühüm məqamlardan biri də Azərbaycan xalqının dövlət ətrafında sıx birləşməsi idi.44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri və yüzlərlə kənd işğaldan azad olundu. Şuşanın azad edilməsi müharibənin taleyini həll edən əsas döyüş oldu.Kapitulyasiya aktı 2020-ci il 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Bu sənədin imzalanması Ermənistanın hərbi məğlubiyyətini rəsmiləşdirdi. Ermənistan ordusu darmadağın edildi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Müharibənin nəticələri göstərdi ki, beynəlxalq hüquq yalnız güclü dövlət tərəfindən təmin edilə bilər.Nəticə və tarixi əhəmiyyət Azərbaycanın 44 günlük müharibədə qələbəsi xalqımızın gücünü, dövlətimizin siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu, təkcə hərbi deyil, həm də mənəvi, siyasi qələbə idi. Xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və Prezident İlham Əliyevin qətiyyətli liderliyi bu tarixi zəfəri mümkün etdi.
Vətən müharibəsi günlərində xalqın nümayiş etdirdiyi milli həmrəylik qələbənin əsas amillərindən biri oldu. Hər bir azərbaycanlı, yaşadığı ölkədən asılı olmayaraq, dövlətin yanında oldu. Cəbhədə döyüşən əsgərlərimizə həm maddi, həm də mənəvi dəstək göstərildi. Könüllülər ordusu yaradıldı, müxtəlif humanitar təşəbbüslər həyata keçirildi. Bu, millətin necə böyük gücə malik olduğunu bir daha sübut etdi.
44 günlük müharibə yalnız döyüş meydanında deyil, həm də diplomatik və informasiya cəbhəsində aparıldı. Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr, dünya ictimaiyyətinə ünvanladığı çıxışlar Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Ermənistan tərəfi təbliğat müharibəsində də məğlub oldu. Azərbaycanın ədalətli mövqeyi BMT, ATƏT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar tərəfindən dəstəkləndi.
Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Ermənistanın təcavüzkar siyasəti iflasa uğradı və regionda yeni əməkdaşlıq imkanları yarandı. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizi gündəmə gəldi ki, bu da təkcə ölkəmiz üçün deyil, bütün region üçün mühüm iqtisadi üstünlüklər deməkdir.Bu qələbənin qazanılmasında şəhidlərimizin və qazilərimizin rolu əvəzsizdir. Azərbaycan xalqı onların fədakarlığını heç vaxt unutmayacaq. Vətən uğrunda canlarını fəda edən hər bir şəhid tariximizin qızıl səhifəsində əbədi qalacaq
Vəsilə Əliyeva masallı rayonu Hacıtəpə kənd tam orta məktəbin müəllimi