“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin təşkilatçılğı və Belediyye.info internet resursunun dəstəyi ilə bələdiyyələrin əsas atrubutlarından sayılan loqoların hazırlanmasına marağı artırmaq və mövcud olanlar arasında ən yaxşısını müəyyən etmək məqsədi ilə sentyabrın 1-dən etibarən “Bələdiyyənin siması” adlı müsabiqəyə start verilir.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, müsabiqə üzrə bələdiyyələrin mövcud loqoları sosial media platformalarında paylaşılacaq və ən çox bəyənilən və haqqında fikir bildirilən loqolar sonda qaliblər sırasında olacaq. Dekabr ayında keçiriləcək yekun tədbirdə qaliblərə diplom və hədiyyələr təqdim ediləcək.
Artıq 30-dan artıq bələdiyyə öz loqosunu təqdim edib. Bir ay davam edəcək layihədə hər bir bələdiyyənin öz loqosu ilə iştirakı tövsiyə olunur.
Qeyd edək ki, layihənin yekun təqdimatı dekabr ayında keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.