AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həssas qrupların sosial hüquqları ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 14:18

    Həssas qrupların sosial hüquqları ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

    Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi, sosial problemlərinin həlli təşəbbüsləri” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir 25 iyul 2025-ci il tarixində Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 34 ünvanında təşkil olunub və 20 nəfərin iştirakı ilə baş tutub. Tədbiri layihənin təlimçisi Oktay Qasımov aparıb. İştirakçılara sosial hüquqlar, onların qorunması, hüquqlar pozulduqda müraciət mexanizmləri, həmçinin təşkilatın bu istiqamətdə göstərdiyi dəstək imkanları barədə ətraflı məlumat verilib. Toplantıda iştirakçıların sualları cavablandırılıb, həmçinin praktik məsləhətlər təqdim olunub.

    Tədbirdə iştirak edənlərdən Usubov Nüsrət, Abdullayeva Maral, Əzizov Bəhruz və digər şəxslər hüquqşünas Leyli Quliyevaya fərqli mövzularda müraciət edərək hüquqi məsləhət alıblar. Layihə çərçivəsində tənha, yaşlı, xəstə və əlilliyi olan şəxslərin tibbi müayinəsinin təşkili, hüquqi yardımların göstərilməsi, ev şəraitində sosial dəstəyin təmin olunması və maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

    Tədbir zamanı foto və video çəkilişlər aparılıb, iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil edilib.

    Fotolar












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR