AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa baş nazirinin müavini Prezidenti tənqid edib

  • + A
  • - A
  • Bu gün, 17:56

    Polşa baş nazirinin müavini Prezidenti tənqid edib

    Polşa, prezident Karol Navrotskinin qoyduğu veto səbəbindən Ukrayna üçün “Starlink” peyk internetinə girişi maliyyələşdirməyi davam etdirə bilməyəcək.

    Bu barədə bazar ertəsi Polşanın baş nazirinin müavini, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski "X" sosial şəbəkəsindəki hesabında yazıb.

    "Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir. Çünki bu, əslində Ukrayna vətəndaşlarına yardım haqqında qanunun dayandırılması deməkdir. Bu, həmçinin Ukrayna hökumətinin məlumatlarının təhlükəsiz yerdə saxlanmasına dəstəyi dayandırır", - o vurğulayıb.

    Baş nazirin müavini əlavə edib ki, yaranmış vəziyyət Rusiya qoşunları üçün "hədiyyə" olacaq. O, Prezident Navoritskini Ukraynaya qarşı münasibəti dəyişməyə çağırıb.

    "Cənab Prezident - Siz siyasi mübarizə naminə hökumətə kor-koranə zərbələr vurmağı dayandırmalısınız. Siz öz müstəqilliyi uğrunda mübarizə aparan insanlara zərər verir və eyni zamanda Rusiyaya kömək edirsiniz", - o yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR