AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Lerikdə qadınların turizmdə rolunun artırılması üçün yeni layihə həyata keçirir

  • + A
  • - A
  • Bu gün, 10:19

    QHT Lerikdə qadınların turizmdə rolunun artırılması üçün yeni layihə həyata keçirir

    D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihəni həyata keçirir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində, Lerik rayonunun Bibiyanı kəndində icra olunur. Layihənin müddəti 3 aydır.


    Layihənin məqsədi

    Ümumi məqsəd – regional turizmin inkişafına dəstək verməkdir.
    Spesifik məqsədlərə isə aşağıdakılar daxildir:

    Turizm yönümlü fəaliyyətlərdə qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi;

    Qadınların turizm xidməti və vergi qanunvericiliyi haqqında məlumatlandırılması;

    Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının əlaqələndirilməsi üçün “Koordinasiya qrupu”nun yaradılması;

    Bibiyanı kəndində turizm təsərrüfatı ilə məşğul olan evlər haqqında məlumat və fotoları əks etdirən bukletin hazırlanması və yayılması.

    Təlimlər
    Qadınlar üçün hər qrupda 10 nəfər olmaqla 5 təlim təşkil ediləcək. Təlimlərdə iştirakçılar:

    Qadın liderliyi, qadın hüquqları və onların müdafiə mexanizmləri;

    Vergi qanunvericiliyi və turizm sahəsində maarifləndirmə (o cümlədən qonaqlama xidməti);

    Turizm təsərrüfatında təcrübə mübadiləsi kimi mövzularla tanış olacaqlar.

    Layihənin sonunda “Koordinasiya qrupu” yaradılacaq. Bu qrup gələcəkdə ailələrin turistlərə yüksək səviyyəli xidmət göstərməsinə şərait yaradacaq. Bundan başqa, kəndin turizm potensialını əks etdirən, görməli yerlər və turist təsərrüfatları barədə məlumatlı buklet çap olunaraq paylanacaq.

    Gözlənilən nəticələr

    Monitoring nəticəsində qadınların turizm fəaliyyətində ehtiyacları müəyyənləşdiriləcək və təlimlərlə qarşılanacaq;

    Qadınlar liderlik bacarıqları qazanacaq, hüquqlarını və onların müdafiə mexanizmlərini öyrənəcək, özünəinamları artacaq;

    Vergi qanunvericiliyi ilə tanışlıq qadınların fəaliyyətlərini qanun çərçivəsində qurmasına və gələcəkdə sosial təminat hüquqlarının möhkəmlənməsinə imkan yaradacaq;

    “Koordinasiya qrupu” kənddə turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək;

    Bukletin yayılması turistlərin diqqətini Bibiyanı kəndinə cəlb edəcək, turist axınına səbəb olacaq.

    Layihə çərçivəsində keçiriləcək təlimlər zamanı video və foto çəkilişlər aparılacaq, iştirakçılara dəftərxana ləvazimatı təqdim olunacaq və çay fasilələri təşkil ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR