AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Kopenhagendə Ukraynaya hərbi dəstəyi müzakirə edəcək

  • + A
  • - A
  • Dünən, 20:00

    Aİ Kopenhagendə Ukraynaya hərbi dəstəyi müzakirə edəcək

    Avqustun 28-i və 29-da Kopenhagendə Aİ ölkələrinin müdafiə nazirlərinin təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunmuş qeyri-rəsmi görüşü keçiriləcək.

    Bu barədə “Report” Aİ Şurasında Danimarka sədrliyinə istinadən xəbər verir.

    İclaslarda əsas diqqət Ukraynaya hərbi dəstəyin göstərilməsinə, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, eləcə də Aİ missiyası və əməliyyatlarına yönəldiləcək.

    Avqustun 28-də nazirlər müdafiə məsələlərinə həsr olunmuş ilkin tədbirdə iştirak edəcəklər. Əsas strateji müzakirələr avqustun 29-da iş sessiyaları çərçivəsində aparılacaq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR