“
Mədəni inkişafın təbliği” İctimai Birliyi (MİTİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi və Oğuz rayon İcra hakimiyyətinin təşkilati dəstəyi ilə “Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği” layihəsi çərçivəsində Oğuz rayonu Yaqublu kəndində tədbir keçirdi.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Böyük Azərbaycanın bir parçası olan Qərbi Azərbaycanda yaşayan Azərbaycan türkləri tarix boyu zəngin folklor irsi yaratmışlar. Bu irs o qədər böyükdür ki, həmin bölgəyə məxsus folkloru nəzərə almadan Azərbaycan folklorunun ümumi mənzərəsini yaratmaq mümkün deyil. Bu məqsədlə də həyata keçirilən iki aylıq layihənin əsas vəzifəsi Qərbi Azərbaycanın tarixinin, Qərbi Azərbaycanda olan toponimlərin, ədəbi mühitinin təbliği və Oğuz rayonuna 1918, 1937-38, 1948, 1953, 1987-ci illərdə deportasiya olunmuş azərbaycanlılarla görüş keçirmək idi.
İki aylıq layihə çərçivəsində Oğuz rayonunda 3 görüşün keçirilməsi nəzərdə tutulmuşdur. Birinci tədbir 21 avqustda 2025-ci tarixində Oğuz şəhərində, ikinci tədbir 25 avqust 2025-ci il tarixində Oğuz rayonu Tale Babayev ad. Yaqublu kənd tam orta ümumtəhsil məktəbində keçirildi. Qeyd edək ki, Oğuz rayonunun Yaqublu kəndinə (1918-1920-ci, 1948, 1953, 1987-ci illərdə) Qərbi Azərbaycandan olan insanlar deportasiya olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs etdi. Çıxış edənlər qeyd etdilər ki, regionlarda keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, insanların tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında çox əhəmiyyətlidir.
Hər iki tədbirin həyata keçirilməsində Oğuz rayon İcra Hakimiyyəti təşkilati dəstək göstərmişdir. Tədbirlərdə Oğuz rayon İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həmidov Cavid, Oğuz Rayon İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Əhməd Ağababayev, Yaqublu İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Bəxtiyar İsmayılov, Yaqublu İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini Mirimdad Ağayev, kəndin ziyalıları Təranə Manafova, İradə xanım, Jalə xanım, Zərrab kənd sakini Abbas Həşimov iştirak edirdi.
AMEA Folklor İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi, politoloq Vəfa Saleh Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət, həmçinin tarixi faktların obyektiv şəkildə təbliğindən, filoloq Şəbnəm Hüseynova Qərbi Azərbaycanın ədəbi mühiti haqqında, tədqiqatçı Ülviyyə Behbudova Qərbi Azərbaycana qayıdışla bağlı hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən bəhs edib, Gender məsələləri üzrə mütəxəssis Samirə Şaqavatova Qərbi Azərbaycanla bağlı gerçəklərin geniş ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb. Yerli sakinlər arasında çıxış edən Abbas Həşimov keçirilən sözügedən tədbirin bu istiqamətdə çox mühüm fəaliyyət olduğunu qeyd edib.
Tədbir maraqlı, əhəmiyyətli və yaddaqalan oldu. xatirə şəkilləri çəkildi.
“Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği layihəsi çərçivəsində sonuncu tədbirin Oğuz rayonunun Calut kəndlərində keçirilməsi nəzərdə tutulub.
Göstərdiyi dəstəyə görə başda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdulqədirov olmaqla, Oğuz rayon İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Həmidova, Oğuz Rayon İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Əhməd Ağababayevə təşəkkürümüzü bildiririk.
Fotolar