AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kampala Azərbaycana əməkdaşlıq təklifi irəli sürdü

  • + A
  • - A
  • Bu gün, 14:14

    Kampala Azərbaycana əməkdaşlıq təklifi irəli sürdü

    Uqanda Azərbaycana faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlıq təklif edib. Afrika ölkəsi bu istiqamətdə təcrübə mübadiləsinə və birgə fəaliyyətə böyük maraq göstərir.

    Uqandanın xarici işlər naziri Con Mulimba bildirib ki, ölkəsi zəngin yeraltı sərvətlərə malikdir:
    “Uqandada qızıl, litium, həmçinin nadir torpaq metalları – xüsusilə kobalt ehtiyatları mövcuddur. Bundan başqa, dəmir filizi də var. Bu səbəbdən faydalı qazıntıların kəşfiyyatı, hasilatı, eləcə də infrastrukturun qurulması sahəsində Azərbaycanla əməkdaşlıq sazişinin imzalanmasını səbirsizliklə gözləyirik”, – deyə o vurğulayıb.

    Nazir həmçinin əlavə edib ki, tərəflərin əməkdaşlıq edə biləcəyi digər sahələr sırasında hidroenergetika, tikinti və neft-qaz sənayesi də yer alır.

    Qeyd edək ki, bir müddət əvvəl Uqanda nümayəndə heyəti Azərbaycana səfər edərək Energetika Nazirliyi ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR