AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

  • + A
  • - A
  • Bu gün, 17:35

    7 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

    AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Horadiz, Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Sumqayıt-Quba, Qazax-Gəncə şəhərlərarası və 157 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
    “Bakı-Horadiz” marşrutu üzrə fiziki şəxs Quliyev Sərdar Əjdər oğlu;
    “Bakı-Sınıq Körpü” və “Bakı-Zaqatala” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
    “Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Süleymanov Elxan Abdulla oğlu;
    “Sumqayıt-Quba” marşrutu üzrə fiziki şəxs Hümbətov Hikmət Behbud oğlu;
    “Qazax-Gəncə” marşrutu üzrə fiziki şəxs Pənahov Vaqif Nəriman oğlu;
    157 nömrəli marşrut üzrə hüquqi şəxs "BusTrans" MMC qalib elan olunublar.
    Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR