Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu mikroskop alınması ilə bağlı açıq müsabiqə elan etmişdi. Rəsmi məlumata görə, satınalma “Patoloji cihazları” (41191500) təsnifat kodu üzrə keçirilməli, tenderin ehtimal olunan qiyməti isə 918 min 562,15 manat təşkil etməli idi.
Müsabiqə üzrə sənədlərin qəbulu 27 avqust 2025-ci il saat 15:00-dək davam etməli və elə həmin gün zərflərin açılışı həyata keçirilməli idi.
Lakin sonradan tender proseduru ləğv olunub.
Satınalan təşkilatın adı: Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 119
VÖEN: 1300189261
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.