AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT kasetli sursatların təsirlərini araşdırmaq üçün Ağdamda görüşlər keçirib - FOTOLAR/ VİDEOLAR

  • + A
  • - A
  • Bu gün, 21:24

    QHT kasetli sursatların təsirlərini araşdırmaq üçün Ağdamda görüşlər keçirib - FOTOLAR/ VİDEOLAR

    Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi üzrə fəaliyyəti davam etdirir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün növbəti fəaliyyət Ağdam rayonunun ərazisində kasetli silahlarla çirklənmiş ərazilərində olmuş, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsiri, bu silahdan zərərçəkənlərin müəyyən edilməsi olmuşdur. Bunun üçün Ağdam rayon İcra Hakimiyyətində, mina təmizləməyə cəlb olunmuş qurumlarda, keçmiş hərbçilərlə, QHT-lərlə çirklənmənin səviyyəsi və kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi üçün çox saylı görüşlər keçirmiş, məlumatlar toplanmış, kasetli silahların və minaların olduğu ərazilərə baxış keçirilmişdir.

    QHT kasetli sursatlarla və minalarla çirklənmiş ərazilər, bu sursatların növləri, zərərçəkmiş şəxslər barədə ətraflı məlumatlar vermiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) Ağdam mobil bazasının rəhbərliyinə və əməliyyat rəhbərlərinə, mina təmizləməyə cəlb olunmuş yerli kommersiya şirkəti olan “Safe Point”MMC-nin layihə rəhbərinə və əməliyyat menecerinə, Ağdam rayon İcra Hakimiyyətinə, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisinə, , "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin Ağdam rayon şöbəsinin sədrinə, “Qarabağ Qaziləri” ictimai birliyinin Ağdam rayon şöbəsinin sədrinə öz təşəkkürünü bildirir.
    https://www.facebook.com/100000216263473/videos/1581187049953683/
    https://www.facebook.com/100000216263473/videos/1112997070218675/
    https://www.facebook.com/100000216263473/videos/1429181628359226/







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR