2025-ci il sentyabrın 1-də Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri ilə görüşüb.
AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli Forumun fəaliyyəti barədə məlumat verib, bildirib ki, 2026-cı ilin mayında Bakıda Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının keçirilməsi planlaşdırılır.
AMQF İdarə Heyətinin üzvləri - Zaur İbrahimli, Pərvanə Vəliyeva, Azər Allahverənov, Xatirə Vəliyeva QHT-lərin onlarla görüşlərdə qaldırdığı məsələlər barədə danışıb, təkliflərlə çıxış ediblər.
Görüşdə müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.