Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat yayıb.
Bildirilib ki, sentyabrın 3-də Sumqayıt şəhərinin Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən işıər yekunlaşdırılana qədər 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.