AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimlərinə başlayıb - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 10:23

    QHT “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimlərinə başlayıb - FOTOLAR


    “Əlilliyi Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimlərinə başlayıb.

    Azadmedia.az QHT.az-a istinadlaü xəbər verir ki, “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatriyada refleksoterapiya” layihəsinin təlimlərinə start verib. Birliyin sədri Təranə Musayeva iştirakçıları salamlayaraq, layihə haqqında ətraflı məlumat verib. Sonra təlimçi Aynur Əhmədova refleksoterapiya haqqında ümumi məlumatlar təqdim edib, iştirakçılara refleksoterapiyada istifadə olunan cihazlar və alətlərlə tanışlıq imkanı yaradılıb.

    “Pediatriyada refleksoterapiya” təlimləri nəzəri və praktik olaraq keçiriləcək. Təlimlər zamanı aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparılacaq:

    ** Uşaq sağlamlığında refleksoterapiyanın rolu
    ** Refleksoterapiya metodları
    ** Uşaqda refleksoterapiya tətbiqi və bunun nəticələri
    ** Uşaqlarda stres və narahatlığın azaldılması
    ** Refleksoterapiya ilə ağrının azaldılması
    ** İmmunsistemin gücləndirilməsi
    ** Serebral iflic və refleksoterapiya
    ** Ağ ciyər və yoğun bağırsaq meridiyanı
    ** Mədə, mədəaltı vəz, dalaq, öd kisəsi, ürək, nazik bağırsaq, sidik kisəsi, böyrə kimi meridianlar
    ** Su-djok terapiya
    İlk təlim iştirakçıların böyük marağına səbəb olub. Onlar refleksoterapiyada istifadə olunacaq alətlərlə tanış olub, təlimçi tərəfindən sualları cavablandırılıb. Bu təlimlər vasitəsilə təlim iştirakçıları, uşaqların sağlamlığının qorunması və xəstəliklərin müalicəsi sahəsində yeni bilik və bacarıqlar əldə edəcəklər.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR