Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi üzrə fəaliyyəti davam etməkdədir.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov verib. Onun sözlərinə görə, layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün növbəti fəaliyyət Mingəçevir şəhərində və Bərdə rayonunun ərazisində kasetli silahlarla çirklənmiş ərazilərində olmuş, kasetli silahdan zərərçəkənlərin müəyyən edilməsi olmuşdur:
"Bunun üçün Mingəçevir şəhər və Bərdə rayon İcra Hakimiyyətində, “Azərenerji” ASC-nin İstilik Elektrik Stansiyasında, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri üzrə nümayəndəliyində, keçmiş hərbçilərlə, “Qarabağ Qaziləri" ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri və təşkilatın digər üzvləri, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə rayon şöbəsinin sədri, Ermənistan ordusunun Mingəçevir şəhərinə və Bərdə rayonunun ərazisinə kasetli raketlərlə bir neçə hücumu zamanı həlak olmuş şəxslərin ailə üzvləri və yaralanan şəxslərlə çox saylı görüşlər zamanı həm 1-ci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi zamanı bu silahın qurbanlarının müəyyən edilməsi müzakirə edildi".
QHT sədri kasetli silahlardan zərərçəkmiş şəxslər barədə ətraflı məlumatlar vermiş Bərdə rayon İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri üzrə nümayəndəsinə, “Qarabağ Qaziləri" ictimai birliyinin Bərdə rayon şöbəsinin üzvlərinə, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin Bərdə rayon şöbəsinin sədrinə, kasetli sursatların qurbanlarına və onların ailə üzvlərinə öz təşəkkürünü bildirib.
https://www.facebook.com/100000216263473/videos/1410659266666713/https://www.facebook.com/100000216263473/videos/1070644204833908/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.