Həmkarlar İttifaqının təqdim etdiyi istirahət yerləri ilə bağlı vətəndaş narazılıqları səngimir. Yay boyu istirahət etmək istəyən üzvlərin qarşılaşdığı müxtəlif bürokratik əngəllər barədə oxuduq, yazdıq. Bu dəfə səbəb daha kreativ olub. Müraciət edən izləyicilərdən biri yazır:
"Salam. 10 gün gözləmişik, gələn səbəbə baxın: Seçdiyiniz yer təmirə bağlanıb. Əgər təmirdədirsə, niyə seçim yerində göstərilir? İnsanlar ümidlə gözləyir, amma sonra belə cavabla üzləşirlər. Artıq deyəcək söz tapmıram."
Şikayətçilər qeyd edirlər ki, təmirə bağlı bağlanan yerlərin seçim variantında göstərilməsi vətəndaşlarda əsassız gözlənti yaradır. Narazılar isə hesab edirlər ki, imtina üçün fərqli bəhanələr tapmaq əvəzinə, əvvəlcədən real vəziyyət barədə düzgün məlumat verilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.