AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğız nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək üçün ölkəmizə səfər edib

  • + A
  • - A
  • Bu gün, 16:19

    Qırğız nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək üçün ölkəmizə səfər edib


    Qırğız Respublikasının ədliyyə nazirinin birinci müavini Zarılbek uulu Almazbekin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.
    Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
    Nümayəndə heyəti Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Abiddin Hüseynov ilə görüşüb. Notariat, qeydiyyat və reyestr baş idarəsində keçirilmiş görüşdə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş” çərçivəsində tərəflər arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Daha sonra “Elektron notariat” sisteminin və “Mobil notariat” tətbiqinin imkanları, ədliyyə sahəsində rəqəmsal transformasiya və elektron xidmətlər, eləcə də notariatın inkişafı barədə təqdimat və ətraflı məlumatlar təqdim edilib. Həmçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin notariat fəaliyyətində tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi barədə qonaqlara məlumat verilib.
    Nazirliyin Probasiya xidmətində təşkil olunan görüşdə Qırğız Respublikasının nümayəndə heyətinə ölkəmizdə probasiya sahəsində son illərdə aparılan islahatlar, probasiya nəzarətində olan şəxslərə göstərilən sosial-psixoloji xidmətlər barədə ətraflı məlumat verilib, rəqəmsal fəaliyyətin həyata keçirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı təqdimat edilib. Nümayəndə heyəti Rəqəmsal monitorinq mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Görüşdə, həmçinin Qırğız Respublikası və Azərbaycanın probasiya qanunvericiliyi barədə fikir mübadiləsi aparılıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR