Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. Agentliyin maliyyələşdirdiyi “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə 11 avqust 2025-ci il tarixində saat 10-00 Xoca vənd şəhərində tədbir keçirildi.
Tədbirdə Xocavənd rayonunda doğulmuş Şuşa fatehimiz Elzamin Tağıyevin doğum günü qeyd edildi. 2020-ci ilin 27 sentyabr tarixində başlanmış vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuş vətən oğlu Tağıyev Elmazin Xocavənd rayonunda şəhidlər xiyabanında uyuyan oğullarımızdan biridir. Elzamin müharibəyə yollananda Xocavənd Rayon İcra Hakimiyyəti aparatının məmuru və ailənin tək oğlu idi. Müharibəyə getdiyini evdə heç kimə söyləməyib. Subay olub bu dünyada bir yadigarı da yoxdur. Təşkilatımızın layihəsinə aid tədbirin keçirilməsində Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov və bütün Aparat əməkdaşları tədbirdə iştirak etdilər. Şəhidlərin məzarlarının ziyarətindən sonra isə şəhidin evinə ailəsinin yanına getdik. Xocavənd rayon şəhid ailələrindən bir qrup da Elzaminin anası Məlahət xanımın yanında idilər. Onlarla görüşüb danışdıq və bütün tədbirlərimizdə olduğu kimi yenədə bütün şəhid analarımıza layihəmiz adından hədiyyələr verildi.
Layihəmizin icrasının həyata keçrilməsi məqsədi ilə çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin foto video materiallarının hazırlanaraq sosial şəbəkələrdə yayılması. Şəhidlər haqda geniş təbliğat , tanıtım işlərinin aparılması bu layihəmizdə də davam etdirilir. Foto video çəkilişlər aparılaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilməsi qərara alınıb. Eyni ilə bu tədbirimizdə də foto, video çəkilişləri aparıldı sosial şəbəkələrdə yayıdı.
Regionda fəaliyyət göstərən QHT nümayəndələri də tədbirimizdə iştirak etdilər
Füzuli rayonunda keçirilən tədbirdə
Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas
Azərbaycan Vətən Müharivəsi Veteranları İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Füzuli rayon şöbəsinin sədri Əbilov Səməd, Beyləqan şöbəsinin sədri Məmmədov Əlövsət, müavini Saməddin Rüstəmov, sədr digər müavini Fərmanzadə Zahir, Regional üzrə mətbuat xidmətinin rəhbəri Qədirov Elçin
İnkişafa dəstək 2023 ictimai nəzarət cəmiyyətinin Aran Qarabağ üzrə Regional Mərkəzinin sədri Kamil Teymurov. İştirakçıların hər biri tədbirin təşkilində və nəqliyyatın təmin edilməsində şəhid analarının gətirilib aaparılmasıda köməklik etdilər.
Layihənin icrasında yaxından iştirak edən layihə rəhbərinin köməkçisi Elnarə xanım Abbasovada təşkilat tərəfindən bütün tədbirlərdə olduğu kimi Xocavənd rayonunda da keçirilən tədbirmizdə də köməklik etdi.
Layihənin son tədbirləri işğaldan azad edilmiş Füzuli və Xocavənd ərazilərində keçirildi.