AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün xalçaçılıq təlimi keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-09-2025, 19:01

    Göyçayda xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün xalçaçılıq təlimi keçirilib - FOTOLAR


    Göyçay rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Bacarıqlarına sahib ol” layihəsini həyata keçirir.

    Layihə çərçivəsində ilk təlim toxuculuq sənətinə həsr olunub. Təlimin açılışında təşkilatın sədri Samirə Mustafayeva çıxış edərək bildirib ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin bilik və bacarıqlarını, xüsusi istedadlarını üzə çıxarmaq və onların inkişafına motivasiya verməkdir.

    Təlim prosesində toxucu usta Yeganə Məhərrəmova iştirakçılara xalçaçılıq sənətinin qədimliyi, adət-ənənələrimizin nəsildən-nəsilə ötürülməsi və qorunması barədə geniş məlumat verib. Daha sonra benefisiarlara dəzgahlarla işləmə qaydası və rəngli saplardan müxtəlif əşyalar toxuma texnikaları öyrədilib.

    Beş gün davam edən təlim xüsusi qayğıya ehtiyacı olan şəxslərin böyük marağına səbəb olub. Layihənin sonunda onların əl işlərindən ibarət sərginin təşkil olunması nəzərdə tutulur ki, bu da benefisiarların bacarıqlarının tanıdılmasına və əlavə motivasiya qazanmasına mühüm töhfə verəcək.

    Fotolar












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR