26 sentyabrda Xaçmaz KOB Evində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında rəqabətliliyinin artırılması” layihəsi çərçivəsində təlim təşkil olunub.QHT.az xəbər verir ki, təlimdə 30 sahibkara dövlət satınalmalarının təşkili və idarə olunması mövzusunda biliklər təqdim edilib. Məqsəd mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOSS) dövlət satınalmalarında iştirak imkanlarını genişləndirmək, onların bu proseslərdə bilik və bacarıqlarını artırmaq olub. Peşəkar təlimçi Etibar Qasımov mövzunu sahibkarlara izah edib, onların suallarını cavablandırıb. Dinləyicilər “Dövlət satınalmalarının təşkili və idarə edilməsi” adlı kitabla da təmin olunublar.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Quba-Xaçmaz regional koordinatoru Azər Pənahov və KOB dostu Rahil Qurbanov iştirak edərək sahibkarlara tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.