: 
Kənd təsərrüfatı sahəsi Füzuli rayonunun iqtisadiyyatında mühüm yer tutur. Aqroiqlim xüsusiyyətinə görə, rayon münbit torpaqlara və mülayim iqlim şəraitinə malikdir ki, bu da kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır.
2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatında ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 141854,3 min manat olmuşdur ki, onunda 69,2 faizini bitkiçilik və 30,8 faizini isə heyvandarlıq məhsulları təşkil edir. Ötən illin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı müqayisəli qiymətlərlə 13,3 faiz çox olmuşdur.        
2025-ci ilin yanvar-sentyabr aylarında Füzuli rayonunda 38821,8  hektar sahədən ilkin çəkidə 138937,2 ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər (qarğıdalısız)   toplanmışdır. Hər hektar sahəyə düşən orta məhsuldarlıq 35,8 sentner təşkil edir. Beləki 2025-ci ilin məhsulu üçün 25214,1 hektar buğda sahəsindən 91242,2 ton və 13607,7 hektar sahədən isə 47695,0 ton arpa məhsulu toplanmışdır. Buğda üzrə hər hektara düşən məhsuldarlıq 36,2 sentner, arpa üzrə isə 35,1 sentner təşkil edir. Kartof bitkisi üzrə 168,0 hektar əkin sahəsindən 2114,5 ton məhsul yığılmışdır ki, bu da ötən ilə nisbətən 82,0 ton və ya 4,0 faiz çox olmuşdur.
Tərəvəz bitkiləri üzrə 755,9 hektar əkin sahəsindən 7345,6 ton məhsul götürülmüşdür ki, bu da ötən il ilə müqayisədə 96,9 ton az olmuşdur.
Bostan bitkiləri üzrə 289,0 hektar əkin sahəsindən 3608,9 ton məhsul götürülmüşdür ki, bu da ötən ilə nisbətən 26,1 ton və ya 0,8 faiz çox olmuşdur.        
Bağlar və giləmeyvəliklər üzrə 708,1 hektar əkin sahəsindən 1406,5 ton məhsul götürülmüşdür ki, bu da ötən ilə nisbətən 36,9 ton və ya 2,7 faiz çox olmuşdur.
        Üzüm bitkisi üzrə isə 165,5 hektar əkin sahəsindən 1230,7 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 181,3 ton yaxud 17,3 faiz çox olmuşdur.
        2025-ci ilin yanvar-sentyabr aylarında 2415,1 ton diri çəkidə ət, 22729,0 ton süd, 16109,0 min ədəd yumurta və 267,0 ton yun istehsal edilmişdir.
         Füzuli rayonunda 2025-ci ilin 01 oktyabr vəziyyətinə 25484 baş iribuynuzlu mal-qara (ondan 12860 baş inək və camışlar), 110653 baş isə xırdabuynuzlu mal-qara mövcuddur. Rayonda fəaliyyət göstərən süni mayalandırma məntəqələrində 2025-ci ilin yanvar-sentyabr ayları üçün süni mayalandırılmış 803 baş inək, camış və düyələrdən 509 baş bala alınmışdır.
    Füzuli Rayon Statistika İdarəsinin
    aparıcı məsləhətçisi; Anar Əlizadə