AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda “Halloween” məhsulları neçəyədir? - QİYMƏTLƏR

  • + A
  • - A
  • Bu gün, 15:00

    Azərbaycanda “Halloween” məhsulları neçəyədir? - QİYMƏTLƏR

    Hellouin artıq Azərbaycanda da qeyd olunur. Son illərdə paytaxtdakı mağaza və əyləncə məkanlarında bu bayrama maraq artıb. Satış nöqtələrində cadugər papaqları, qorxulu maskalar, abadoklar və bəzək əşyaları alıcıların diqqətini çəkir. Restoran və klublar isə xüsusi Hellouin partiləri üçün proqramlar və bilet kampaniyaları təklif edirlər.

    Mağaza və "party shop”larda Hellouin aksesuarlarının qiymətləri fərqli aralıqlarda dəyişir. Ən çox maraq doğuran məhsullar uşaqlar və gənclər üçün nəzərdə tutulub.

    Belə ki, uşaqlar üçün Hellouin aksesuarları 1-4 manat aralığında satılır:

    Halloween abadok - 3,12 manat

    Cadugər papağı (aksesuar) - 1,20 manat

    Şeytan abadok və əsa dəsti - təxminən 3,20 manat

    Çiçəkli tül abadok - 3,60 manat

    Sadə tül abadok - 4 manat

    Böyüklər üçün məhsulların qiymətləri isə daha yüksəkdir:

    Ghost Face maskası – 10 manat

    Cadı şapkası – 20 manata qədər

    "Gəzən əl” dekoru – 25 manat

    Pariklər – orta hesabla 15 manat

    Qorxulu kuklalar – 30-60 manat

    Qorxulu maskalar – 45 manat civarında

    Restoran və klublarda keçirilən partilərin bilet qiymətləri təxminən 30-50 manat arasında dəyişir. Bu məbləğə adətən DJ proqramı, qrim (face art) xidməti, dekorasiyalı məkanlara giriş və əyləncə proqramı daxildir.

    Qeyd edək ki, göstərilən qiymətlər təxmini xarakter daşıyır və məkan, məhsulun keyfiyyəti və satış yerindən asılı olaraq fərqlənə bilər. (Mənbə: Valyuta.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR