Əməyin mühafizəsinə dair növbəti təlim Mingəçevir Turizm Kollecində təşkil olunub.
Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və Mərkəzi Aran regional şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirdə kollecin tələbə və müəllim heyətindən ibarət təxminən 140 nəfər iştirak edib.
Maarifləndirici təlimdə əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bununla yanaşı, gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı mövzular müzakirə olunub.
Tədbir interaktiv müzakirələrlə davam edib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təşkil olunan təlimlər təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.