Məlum olub ki, Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasında çalışdığı dövrdə təxminən 3 milyon manata yaxın vəsaiti mənimsəyib. Maliyyə pozuntularını təsdiqləyən sənədlər və digər sübutlar istintaq materiallarına əlavə olunub. Keçmiş məmur bir neçə epizod üzrə dəfələrlə prokurorluqda ifadə verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq deputat istintaq zamanı dövlətə dəymiş zərəri ödəməyə razılıq verib və mənimsədiyi milyonlarla manatı büdcəyə qaytarıb. Hazırda cinayət işi üzrə araşdırma davam edir. Elton Məmmədovun adı digər epizodlarla bağlı istintaq materiallarında da hallana bilər.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra E. Məmmədovu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmiş, daha sonra o, Akademiyanın İşlər idarəsinin müdiri vəzifəsində çalışmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.