AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qalmaqallı polis rəisinin yerinə təyinat

  • + A
  • - A
  • 3-02-2021, 22:06


    Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.

    AzadMedia.az-ın verdiyi xəbərə görə, nazir Vilayət Eyvazovun əmri ilə Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad edilib.

    Nazirin digər əmri ilə H.Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

    Qeyd edək ki, bir müddət öncə Tovuz RPŞ rəisi Şirzad Əsgərov təqaüdə göndərilib.

    Ş. Əsgərov 2019-cu ilin noyabr ayında itkin düşən və ölkə gündəmini zəbt edən 10 yaşlı Nərmin Quliyevanın 45 gün ərzində tapılmamasına görə medianın gündəminə gəlmiş və ictimaiyyətin tənqid hədəfi olmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR