AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluq test mərhələsini qazanan namizədlərə müraciət edib

  • + A
  • - A
  • 9-02-2021, 13:30


    Baş Prokurorluq prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlərə müraciət edib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-a daxil olan müraciətdə deyilir:

    "Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 5 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 22-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmiş və imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az), habelə Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilmişdir.

    5 fevral 2021-ci il tarixdə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər aşağıda qeyd olunan sənədləri 09 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək hər gün (həftənin bazar günləri istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:

    - 3x4 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil;

    - ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diploma əlavənin (qiymət cədvəlinin) notariat qaydasında təsdiq edilmiş surəti;

    - əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;

    - yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (forma № 086), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;

    - yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

    - yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;

    - hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti.

    Sənədlərin qəbulu koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq aparılacaqdır.

    Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

    Sənədlər 09 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək təqdim edilməlidir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR