Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə ATV-də yayımlanan "Bizimləsən" verilişinin yayımının bir günlük dayandırılması barədə telekanal açıqlama yayıb.
Telekanalın icraçı direktoru İsmayıl Həsənov açıqlamasında qurumun iradlarının nəzərə alınacağını bildirib:
"Verilişin dayandırılması və ATV kanalının qaydaları pozduğu haqqında mətn Milli Televiziya və Radio Şurasının qərar-qanunları çərçivəsində yerinə yetirilib. Biz qanunun tələblərini yerinə yetirəcəyik. Bu halların bir daha baş verməməsi üçün kanal rəhbərliyi tərəfindən kollektiv qarşısında tələblər qoyulacaq".
Qeyd edək ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişi 22 aprel tarixində yenidən efirdə yayımlanacaq.
(Musavat.com)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.