AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PISA-2022 tədqiqatının pilot mərhələsi yekunlaşıb

  • + A
  • - A
  • 18-05-2021, 00:33


    19 aprel 2021-ci il tarixindən başlayan PISA-2022 beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi başa çatıb. Sözügedən mərhələ Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilib. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 2800-dən çox şagird, 1100-dən çox müəllim və 63 məktəb direktoru iştirak edib. Proses pandemiya şərati nəzərə alınaraq təşkil edilib. Tədqiqatın əsas mərhələsinin 2022-ci ilin aprel-may ayları ərzində təşkili nəzərdə tutulur.
    Qeyd edək ki, Azərbaycan sonuncu dəfə 2018-ci ildə PISA-da iştirak edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Tədqiqat 2018-ci ildən başlayaraq kompüter əsaslı həyata keçirilir.
    PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR