AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elnur Kələntərova polkovnik rütbəsi verilib

  • + A
  • - A
  • 3-09-2021, 09:53


    Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərova yeni rütbə verilib.
    Azadmedia.az xəbər verir ki, bu barədə E.Kələntərov şəxsi facebook səhifəsində məlumat verib və bildirib ki, bununla bağlı Xidmət rəisi Vüsal Hüseynov əmr imzalayıb.

    Əmrə əsasən, E.Kələntərova polkovnik rütbəsi verilib.

    Qeyd edək ki, E.Kələntərov ötən ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərov bu il “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə şəhid övladları üçün 2 həftəlik reallaşan “Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri olub, şəhid övladlarına xüsusi həssaslıq göstərməsi ilə rəğbətləri qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR