AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DÖVLƏT İMTAHAN MƏRKƏZİ MƏLUMAT

  • + A
  • - A
  • 11-09-2021, 19:36

    DÖVLƏT İMTAHAN MƏRKƏZİ MƏLUMAT

    2021-ci il sentyabrın 9-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub
    Şagirdlər imtahan nəticələri ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər.
    Bundan əlavə, mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də nəticələri öyrənmək mümkündür.
    Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi:
    https://eservices.dim.gov.az/2021/netorta/?frm=egov
    Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanının nəticəsi:
    https://eservices.dim.gov.az/2021/netazd/?frm=egov
    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın 4 gün ərzində elan olunması nəzərdə tutulur.
    Nəticəsi elan olunan imtahanlarla bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 sentyabr tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 11-13 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

    DİM-in mətbuat xidməti
    Tеl: (+99 412) 502-47-53 (dax. - 142)
    E-mail: press@dim.gov.az; http://dim.gov.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR